SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıtdakı yol bu səbəbdən çöküb - Fotolar

24-08-2018, 14:08 | Oxunub: 10 814 |

Sumqayıtdakı yol bu səbəbdən çöküb - Fotolar

Bir neçə gün öncə Sumqayıt şəhərində yolun çökməsi və bayram günləri ilə bağlı olaraq hələ də təmir edilməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu gün mətbuat işçiləri hadisənin baş verdiyi 20-ci məhəllə, Kamran Hüseynov küçəsində olublar. Hazırda ərazidə “Azərsu” ASC-nin əməkdaşları iş aparır. Yol təxminən 5 metr məsafə aralığında 2 yerdən çöküb.

Sumqayıt şəhər Sukanal İdarəsinin baş texnoloqu Teyyub İsmayılov saytımıza açıqlamasında bildirib ki, hadisə avqustun 21-də axşam saat 21:30 radələrində baş verib: “600 millimetrlik kanalizasiya xəttinin bu hissəsində sızma nəticəsində qəza olub. Qəzanın aradan qaldırılması üçün işlər görülür. Sumqayıt şəhəri ötən əsrin 50-ci illərində salınıb. Bu xətt də həmin vaxt çəkilib. İstismar müddətinə keçdiyi üçün suyun sızması təbiidir. Yolun alt hissəsi qum olduğu üçün sızma nəticəsində çöküntü olub. Biz indi alternativ variant kimi əvvəlcə su pompalarından istifadə edərək borulara gələn axıntının qarşısını alırıq. Daha sonra su nasoslarıyla kanalizasiya xəttindən gələn tullantılar digər quyudan xəttə ötürülür. Yəni çökmə olan hissədə bir növ körpü yaradılıb”.

T.İsmayılov bundan sonra görüləcək işlərdən də danışıb: “Hazırda Sumqayıt şəhərinin 80 faizi su ilə təmin edilib, yaxın ətrafda bəzi yerlərdə suyun verilməsi dayandırılıb. Bir neçə saata bu problem də aradan qaldırılacaq və bütün əhali içməli su ilə təmin olunacaq. Kamran Hüseynov küçəsinin çökmə baş verən ərazisində yolun 40 metrlik hissəsi qazılaraq yeni boru xətti ilə əvəzlənəcək. Ondan sonra yol da nəqliyyat vasitələrinin istifadəsinə veriləcək. Təxminən sabah, yəni avqustun 25-də biz kanalizasiya xəttinin çəkilməsi ilə bağlı işləri tamamlayacağıq”.

Qeyd edək ki, kanalizasiya xəttinin partlaması nəticəsində yaşayış sahəsini kəskin üfunət iyi bürüyüb.

Sevinc Əlimova,
Emtv.az

Sumqayıtdakı yol bu səbəbdən çöküb - Fotolar
Sumqayıtdakı yol bu səbəbdən çöküb - Fotolar
Sumqayıtdakı yol bu səbəbdən çöküb - Fotolar
Sumqayıtdakı yol bu səbəbdən çöküb - Fotolar
Sumqayıtdakı yol bu səbəbdən çöküb - Fotolar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR