18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Merkel Qarabağ münaqişəsindən danışdı: “Rusiya vəziyyəti gərginləşdirir”
“Rusiya başa düşməlidir ki, Avropa İttifaqı (Aİ) və NATO bu ölkəyə təhlükə, düşmən deyil”.
Emtv.az xəbər verir ki, bu fikri Almaniya kansleri Angela Merkel Tiflis Dövlət Universiteti tələbləri qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya dünyada əhəmiyyətli ölkələrdən biridir və Almaniya da Gürcüstanla olduğu kimi, bu ölkə ilə də yaxşı münasibətlərdə olmaq istəyir: “Almaniya təkcə Gürcüstanla deyil, eyni zamanda Azərbaycanla, Ukrayna, həmçinin Rusiya ilə yaxşı münasibətdə olmaq istəyir. Avropa və Rusiyanın çox yaxşı əməkdaşlıq təcrübəsi var və çox şeyləri bir-birimizdən öyrənmişik”.
Buna baxmayaraq Merkel əlavə edib ki, münasibətlərdə hələ də təəssüf doğuran məqamlar var : “Bu da ondan ibarətdir ki, soyuq müharibə hələ bitməyib”.
Merkel bir daha təkrarən bəyan edib ki, Aİ və NATO Rusiyanın düşməni olmadığından bu ölkəyə təhlükə törətmir: “Lakin Rusiya keçmiş SSRİ respublikalarında vəziyyəti gərginləşdirir. Məsələn, Gürcüstanın timsalında Abxaziya. Cənubi Osetiya, Moldovada, Azərbaycanda və Ukraynada problemlər var”.
Aysu Əliyeva,
Emtv.az