18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Penaltilər seriyasına hazıram” – Halldorsson
“Penaltilər seriyası hər zaman lotereyadır. Ancaq həmin anda rəqibin fikirlərini oxumaq və onun qol vurmasına mane olmaq lazımdır”.
Emtv.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Hannes Halldorsson Belarus mətbuatına öz açıqlamasında deyib.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE ilə cavab oyunu öncəsi “presball.by” saytına danışan islandiyalı qolkiper dünya çempionatında Argentina millisinin kapitanı Lionel Messinin 11 metrlik cərimə zərbəsini dəf etməsini xatırlayıb. 34 yaşlı qapıçı BATE ilə sabah keçiriləcək oyunda da penaltilər seriyasına hazır olacağını bildirib: “Bunu dünya çempionatında Argentinaya qarşı etməyə nail oldum. Bu, karyeramın ən parlaq məqamlarından biridir. İndi həmin epizod haqda düşünmürəm, amma getdiyim yerlərdə insanlar bunu mənə xatırladırlar. Qapıma 11 metrlik cərimə zərbəsi təyin olunanda, heç vaxt təzyiq hiss etmirəm. Əgər BATE ilə qarşılaşmanın taleyini penaltilər seriyası həll edəcəksə, buna da hazır olacağam”.
Qeyd edək ki, sabah keçiriləcək BATE – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda Ağdam klubu rəqibinə 0:1 hesabı ilə uduzub.
Rəvan,
Emtv.az