17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Həcc ziyarəti üçün zəvvarların ilk qrupu yola salındı
Həcc ziyarəti üçün zəvvarların ilk qrupu bu gün yola salınıb.
Emtv.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin həcc məsələləri üzrə məsul şəxsi Həmdulla Babayev deyib.
Həmdulla Babayev builki zəvvarların sayını və müqəddəs səfər üçün çəkilən xərci də açıqlayıb. Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində davam edən hərc-mərclik və yolların təhlükəli olması həcc ziyarətinə gedənlərin sayına da təsir göstərib.
Zəvvarların ödədiyi pula bütün xidmətlər, eyni zamanda əlavə olaraq tibbi xidmət də daxildir. Yəni zəvvarlar verdikləri vəsaitdən əlavə heç bir əlavə xərc çəkməli olmurlar.
Qeyd edək ki, Yaxın Şərqdə yaranan siyasi təlatümlər nəticəsində həccə gedənlərin sayında ciddi azalmalar baş verib. Belə ki, 2008-2009-cu illərdə 8-10 min nəfər həcc ziyarətinə gedirdisə, indi bu rəqəm heç 1500-ə çatmır. Təyyarə ilə gediş zamanı təqdim olunan otellərin sayı isə məhdud olduğundan bu yolla gedənlər daha çox pul verməli olur, həm də çox sayda insan kütləsini əhatə edə bilmir.
Sevinc Əlimova, Emtv.az