18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əfqanıstan: “Taliban” Qəzni şəhəri istiqamətində hücuma keçib
“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qəzni şəhəri istiqamətində hücuma başlayıb.
Emtv.az xəbər verir ki, TOLO News telekanalının yaydığı məlumata görə, taliblərin bəyanatında onların bir neçə istiqamətdən eyni adlı vilayətin administrativ mərkəzinə daxil olmağa çalışdığı bildirilir.
Hazırda hökumət qüvvələri və “Taliban” arasında gedən şiddətli döyüşlər səbəbindən Kabil-Qəzni avtomobil magistralı bağlanıb. Əyalət şurasının nümayəndəsi Həmidullah Navrozi telekanala müsahibəsində deyib ki, Əfqanıstan ordusu kömək göndərməsə, Qəzni şəhəri “Taliban” hərəkatının nəzarətinə keçəcək.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
Aynurə Kərimova,
Emtv.az
Paylaş: