18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qadına təcavüzdə ittiham olunan Türkiyə vətəndaşı ekstradisiya edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə qadına təcavüz etməkdə ittiham edilən, qanunsuz yolla Azərbaycana gəlib burada yaşayan Türkiyə vətəndaşı Sabri Sökmenin məhkəməsi keçirilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə Azərbaycanda saxlanılan S.Sökmenin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Məhkəmədə məlum olub ki, S.Sökmenin 2011-ci ildə Türkiyədə bir qadına təcavüz edərək Azərbaycan qaçıb. Burada isə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Türkiyə məhkəməsi isə onu 12 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verib.
Bugünkü məhkəmə iclasında son söz deyən S.Sökmen ağlayaraq ölkəsinə getmək istəmədiyini bildirib. Məhkəmə kollegiyasının hökmü ilə S.Sökmenin barəsində həbs-qətimkan tədbiri seçilməsi və ölkəsinə ekstradisiya edilməsi qərarı verilib.
Aysu Əliyeva,
Emtv.az