18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI
Bir həftə əvvəl dünyasını dəyişən Anar Nağılbazın həyat yoldaşı Aytən xanım reperin məzarı üstünə əklil göndərib.
Emtv.az xəbər verir ki, Anarın anası Şərqiyə xanım yerli mətbuata açıqlamasında, Aytənin Azərbaycanda yaşamadığını bildirdi:
"Aytən xaricdə yaşayır. Anarın dostlarına pul göndərib və xahiş edib ki, onun adından əklil hazırladıb bu sözlərlə məzarına göndərsin: "Rahat yat canım, tezliklə mən də gələcəyəm. Sənin Aytənin".
Şərqiyə xanım Aytənin oğlunun pərəstişkarı olduğunu söylədi: "İnternetdə tanış olmuşdular. Bakıya gəldi, bizimlə tanış oldu, sonra çıxıb getdi. İşdən icazə alıb gəlmişdi, çox qala bilmədi. Anar işlərini səhmana salandan sonra onun yanına gedəcəkdi. Yazıq balam, arzusu ürəyində qaldı.
Oğlumu çox sevirdi. İnanın, yazıqlar heç bir həftə bir yastığa baş qoymayıblar. Bilsəniz, bir-birlərini nə qədər çox sevirdilər?
Gün ərzində Anarın hər addımı ilə maraqlanırdı. Ordan bura Anarın qulluğunda dururdu. Vaxtlı-vaxtında yeməyini yeməsinə nəzarət edirdi. Deyirdi ki, şəklini çək, inanım ki, yemisən. Anar xəstə idi axı, yaxşı qidalanmalı idi... Oğluma çox ürək-dirək verirdi".
Şərqiyə xanım Aytənin də xəstə olduğunu söylədi: "O da xəstədir. Xərçəngdən əziyyət çəkir. Deyirəm, qızım, özün sağal ki, Anarın ruhu şad olsun. Deyir, yox, sağalmaq fikrim yoxdur, qoy tez ölüm, Anarın yanına gedim. Bax, oğlumu belə çox sevir".
Xatırladaq ki, Anar Nağılbaz 28 mart 1976-cı ildə Xırdalanda anadan olub. Orta təhsilini Xırdalan rayon 1 saylı orta məktəbdə alıb. 4 avqust 2018-ci ildə dünyasını dəyişib.
Sevinc Əlimova,
Emtv.az