18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəxanadan şəkil paylaşdı: "Səni yox edəcəm" - Fotoları
Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova yenə xəstəxanaya yerləşdirilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, həm aparıcılıq edən, həm də vəkil olan Zülfiyyə İlqarla birgə palatadan çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb və yazıb:
"Yenə Milli Onkologiya Mərkəzi və sistemlər. Sən neyləsən də dilimdən şükürü, üzümdən gülüşü yox edə bilməyəcəksən. Əksinə, Allahın köməkliyi ilə mən səni yox edəcəm".
Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, malicəsini Bakıda davam etdirir. Bir müddət əvvəl isə Bayramova saçının töküləcəyini nəzərə alaraq keçəl olmağa qərar verib. Ona isə dəstək məqsədi ilə həyat yoldaşı İlqar Mikayıloğlu, oğlu, qardaşı, qardaşı oğlu, bir çox yaxınları, eləcə də, tanınmış simalar saçlarını keçəl kəsdiriblər.
Fəridə Yaşar, Emtv.az