SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Toydan qayıdan xanəndəni 14 bıçaq zərbəsi vuraraq kim öldürüb? – Müəmmalı qətl

2-08-2018, 09:50 | Oxunub: 14 040 |

Toydan qayıdan xanəndəni 14 bıçaq zərbəsi vuraraq kim öldürüb? – Müəmmalı qətl

Xəbər verdiyimiz kimi, gənc xanəndə Miryusif Mirizadə ötən gün Bərdə rayonunda toy məclisindən çıxdıqdan sonra naməlum şəraitdə qətlə yetirilib.

Emtv.az xəbər verir ki, onun 14 bıçaq zərbəsi vurulmuş meyiti avtomobildən tapılıb.

Daha əvvəl hadisənin yol qəzası olduğu ehtimal edilirdi.

Araşdırma zamanı məlum olub ki, M.Mirizadə kimliyi hələlik məlum olmayan şəxs və ya şəxslər tərəfindən öldürülüb.

Hadisə vaxtı onunla birlikdə olan xanəndə Novruz Hüseynovun meyiti isə bu gün Qarabağ kanalında aşkar edilib.

Ehtimal edilir ki, hər iki şəxs qətlə yetirilib.

Bununla yanaşı xanəndələrin ölümü barədə müxtəlif ehtimallar mövcuddur.

Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə azvision.az-a bildirib ki, onlar hadisənin necə baş verməsi, motivləri barədə məlumatsızdırlar. Onun sözlərinə görə, qardaşı oğlunun bədənindəki yaralar ekspertiza zamanı şübhələr doğurub.

“Xəbəri ilk bilən qardaşım olub. O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur.

Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsininin əməkdaşları morqa aparıblar və orada ekspertiza edilib.

Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir.

Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib?

Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək”, – deyə Mirsəməd Mirizadə vurğulayıb.


Mərhumun qohumu deyib ki, Miryusif Mirizadə və Novruz Hüseynon yaxın dost olublar.

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR