18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Gürcüstanda Temur Abazova azadlıq tələbi ilə aksiya keçirilib
Gürcüstanda Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazovun azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.
Rustavi şəhər məhkəməsi binasının qarşısında keçirilən aksiyanın iştirakçıları əllərində “Temur Abazova azadlıq!”, “Bizim meri qaytarın!” şüarlarının yazıldığı plakatlar tutublar.
Onlar bildiriblər ki, T. Abazov günahsızdır və o, heç bir sübut olmadan həbs olunub.
Rustavi şəhər məhkəməsində bu gün T. Abazovun işi üzrə iclasın keçirildiyi bildirilir.
Qeyd edək ki, T. Abazov iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Rustavi şəhər məhkəməsinin qərarı ilə o, həbs olunub. İş üzrə ilkin məhkəmə dinləmələri avqustun 6-na təyin olunub. T. Abazov günahını etiraf etməyərək, qanunu pozmadığını bildirib.
Aysel Əliyeva,
Emtv.az