SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İrana bağlı qruplaşma Azərbaycan hökumətinə hücum edir

26-07-2018, 10:51 | Oxunub: 5 850 |

İrana bağlı qruplaşma Azərbaycan hökumətinə hücum edir

İrana bağlı olduğu təxmin edilən “Leafminer” haker qruplaşması Azərbaycan, İsrail, Livan və Səudiyyə Ərəbistanında bir sıra təşkilatlara, o cümlədən hökumət strukturlarına hücum edib.

Emtv.az xəbər verir ki, bu barədə “Symantec” şirkətinin təhqiqatçıları bildiriblər. Məlumata görə hakerlər hamı üçün əlçatan və xüsusi işlənib hazırlanmış müxəlif alətlərdən istifadə ediblər.

Hakerlər məlumatları ələ keçirmək üçün istifadəçilər tərəfindən tez-tez baş çəkilən saytların yoluxdurulması (watering-hole), habelə brutfors-hücumlardan faydalanıblar.

“Symantec” şirkətinin müəxəssisləri qruplaşmanın yüksək aktivliyini qeydə alıb. Onları sözlərinə görə, hakerlər 2017-ci ilin əvvəllərindən başlayaraq müxtəlif əməliyyatlar keçirirlər. Qruplaşma hücum etdiyi ölkələrdə geniş fəaliyyət dairəsini, o cümlədən energetikanı, dövlət idarəçiliyini, maliyyə və telekommunikasiya sahəsini hədəf seçib.

Qruplaşmanın arsenalında müxtəlif eksploitlər, o cümlədən ABŞ Milli Kəşfiyyat Agentliyinin işləyib hazırladığı “EternalBlue” proqramı var. Bu proqram məşhur “WannaCry” və “NotPetya” haker qruplaşmalarının hücumlarında istifadə olunub.

Şirkətin mütəxəssisləri haker qruplaşmasının İran hakimiyyətinə bağlı olduğunu təxmin edir, amma buna birbaşa sübutları yoxdur. “Biz bilmirik onlar bu hücumları özbaşına edirlər, yoxsa kimlərsə tərəfindən nəzarət olunurlar”-mütəxəssislər deyiblər.

Araşdırma zamanı mütəxəssislər hücumlardan birində istifadə olunan haker proqramını yükləmək üçün URL aşkar ediblər. Həmin ünvanın izi isə Azərbaycan hökumətinin saytında yerləşdirilmiş və hakerlər tərəfindən sındırılmış veb-serverə (edu.az) aparır.

“Biz “Leafminer” qruplaşmasını izləyirik, onlar hücum etdikləri ölkələrdən kənara çıxacaqlarmı? Biz gözləyirik ki, hücumlar davam edəcək”-mütəxəssislər bildiriblər.(virtualaz.org)

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR