18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Jirinovski: “Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi”
Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Ermənistanın Rusiyadan uzaqlaşmaq arzusunu şərh edərkən deyib ki, əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi.
Emtv.az yerli mətbuat istinadən xəbər verir ki, Jirinovski əlavə edib ki, ermənilər Qarabağda məhz Rusiya ordusunun Ermənistana yerləşdirilməsi səbəbindən sakit yaşayırlar.
Jirinovski həmçinin bildirib ki, deyilənlər Tacikistan və Donbasa da aiddir: “Rusiya postsovet məkanındakı konfliktlərdə keçmiş SSRİ-nin bütün əhalisini qorumaq və xilas etmək üçün iştirak edir.
Dnestryanıda 1992-ci ildə insanları kəsməyə, rus milislərini qaralamağa, qızları zorlamağa başladılar. Soyqırım, vətəndaş müharibəsi gedirdi. Rus ordusu bunun qarşısını aldı. Əgər Donbasda da ruslar öldürülməsəydi, bu gün Ukrayna hadisələri olmazdı.
Biz osetin və abxazları da xilas etmişik. Biz keçmiş SSRİ-nin bütün əhalisini müdafiə edəcəyik. Biz Kanada və Afrikaya girməyəcəyik, amma SSRİ və Rusiya imperiyasının tərkibində yer alan hər kəsi, milliyətindən asılı olmayaraq, müdafiə edəcəyik”.
Aysu Əliyeva,
Emtv.az