17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Avropa Liqasında ilk oyuna köklənmişəm” - “Sevilya”nın futbolçusu
"Bir neçə aylıq ayrılıqdan sonra yenidən evimə qayıtdığım üçün çox şadam. "Osasuna" inkişafıma çox kömək oldu. Ancaq indi "Sevilya"da qalmaq ən böyük hədəfimdi".
Emtv.az-ın apasport.az-a istinadən məlumatına görə, bunu "Sevilya"nın futbolçusu Borxa Lasso deyib.
Ötən mövsümü icarə əsasında "Osasuna"da keçirən 24 yaşlı yarımmüdafiəçi "Sevilya"nın yeni mövsüm üçün hazırlığına qoşulub. Lasso komandada möhkəmlənmək üçün Avropa Liqasının II təsnifat mərhələsini özü üçün şans hesab edir.
O, gələn həftə mövsümün ilk rəsmi oyununda meydana çıxmaq arzusundadı: "Avropa Liqasında mübarizəyə qoşulmağımızı səbirsizliklə gözləyirəm. Bu turnirdəki birinci oyuna köklənmişəm. Ümid edirəm ki, baş məşqçi ilk avrokubok matçında mənə şans verər və hər kəsə sübut edərəm ki, "Sevilya"da oynamağa hazıram. Klub rəsmisi Xoakin Kaparros və baş məşqçi Pablo Maçinə özümüzü yaxşı tərəfdən göstərməliyik".
Qeyd edək ki, "Sevilya"nın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Neftçi" - "Uypeşt" cütünün qalibi olacaq. Birinci oyunda Bakıda 3:1 hesablı qələbə qazanan Azərbaycan klubu cavab görüşünü sabah Macarıstanda keçirəcək.
Emtv.az