18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Real"ın keçmiş prezidenti: ”Ronaldonu satmaq tarixi səhvdir”
"Real" klubunun keçmiş prezidenti Ramon Kalderon Ronaldunun "Yuventus" klubuna transferinə təəssüfləndiyini bildirib.
Emtv.az apasport.az-a istinadən xəbər verir ki, keçmiş prezident madridlilərin bu addımını tarixi səhv kimi dəyərləndirib. "Çox təəssüf ki, Ronaldonu satdılar. Bu futbolçu "Real" klubunun inkişafnda əvəssiz rol oynadı. Onu "Mançester Yunayted" dən almaq mənə heç də asan başa gəlməmişdi. Mançester klubu belə bir hücumçunu əldən vermək istəmirdi.
Ronaldunun transferi uzun və çətin danışıqlardan sonra mümkün olmuşdu. İndi isə "Real" onu 100 milyona satır. Bir mövsümdə 60 qol vuran hücumçunu 100 milyona satmaq düşünülməmiş bir addımdır. Hətta bir milyard təklif etsələr belə, Kriştianu Ronaldunun transferi tarixi səhvdir",- deyə Kalderon bildirib.
Emtv.az