18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentində and içib
İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilən Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 9-da Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.
Emtv.az trend-ə istinadən xəbər verir ki, əvvəlcə TBMM-nin müvəqqəti sədi Durmuş Yılmaz prezident seçkilərinin nəticələri və Türkiyədəki yeni idarəetmə sistemi barədə məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimində çıxış edib.
Bununla da Türkiyədə prezident üsul-idarəli hökumət rəsmən fəaliyyətə başlayıb.
Türkiyə Böyük Millət Məclisinə gələrkən Prezident Rəcəb Tayyib Ərdoğanı vətəndaşlar böyük coşqu ilə qarsalayıblar.
Andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.
Qeyd edək ki, yaxın dəqiqələrdə xarici ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə rəsmi ziyafət olacaq.
Rəcəb Tayyib Ərdoğanın yeni prezidentlik dövründə fəaliyyətə başlaması münasibətilə təşkil olunan rəsmi mərasimə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilat rəhbəri və çoxlu sayda digər xarici qonaq və yerli ictimaiyyətin nümayəndələri qatılacaq.
Azərbaycanı bu mərasimdə Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdən sonra yeni hökumətin tərkibini açıqlayacaq.
Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyasının seçkilərin yekunu ilə bağlı rəsmi məlumatına görə, ölkə üzrə təxminən 60 milyon seçicinin 26 milyon 330 min 823 nəfəri Rəcəb Tayyib Ərdoğana səs verib.
Emtv.az