SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“TRT World” kanalı Naxçıvandan reportaj yayımlayıb - VİDEO

7-07-2018, 14:27 | Oxunub: 8 498 |

“TRT World” kanalı Naxçıvandan reportaj yayımlayıb - VİDEO
Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı – “TRT World” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj yayıb.

Reportajın əvvəlində Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə iyunun 26-da Bakıda keçirilən hərbi paradda səsləndirdiyi “Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır” fikrinə yer verilir.

1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin 26 ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən azad edilməsi barədə məlumat verilən reportajda jurnalistlərin hərbçilərimizdən aldıqları müsahibələr də əksini tapıb. Azərbaycan Ordusunun uzun müddətdir ki, Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əraziləri geri qaytarmaq üçün xüsusi əməliyyat hazırladığı və həmin əməliyyatın uğurla həyata keçirildiyi bildirilir. Vurğulanır ki, bu əməliyyat nəticəsində, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. İndi həmin ərazilərə Azərbaycan əsgərləri nəzarət edirlər.

“TRT World”ün jurnalisti vurğulayır ki, azad edilən ərazilərdə azərbaycanlılara aid qəbirlərin mövcudluğu həmin ərazilərin məhz Azərbaycana məxsus olduğunu bir daha sübut edir.


Reportajda Naxçıvanda fəaliyyət göstərən orta məktəbin müəllimi Vüsalə Əliyeva ilə müsahibə də yer alıb. O, ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat verir. Bildirilir ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.

Reportajda Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yüksək hərbi hazırlıq vəziyyətinə gətirildiyi və ən müasir avadanlıqlardan istifadə edilməklə gənc əsgərlərin də qatıldıqları hərbi təlimlərin keçirildiyi diqqətə çatdırılır.

Emtv.az naxçıvantv.az-a istinadən həmin videomaterialı sizə təqdim edir:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR