18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda hərbçilərimiz növbəti xidmət yerlərinə yola salınıblar - FOTOLAR
Əlahiddə Ümumqoşun Orduda ilkin zabit rütbəsi alan məzunlar və aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər ixtisas hazırlığı kurslarını bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.
Emtv.az-ın məlumatına görə, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən azərtac-a bildirilib ki, tədbirdə mərasimə hazırlıqla bağlı məruzə edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən zabitlər, məzunlar, əsgərlər və valideynlər kurslarda fəallıq göstərərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənclərə xidmətlərində uğurlar arzulayıblar.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər ələ keçirilib. Tarixə qızıl hərflərlə yazılan Günnüt əməliyyatının uğurla nəticələnməsi ötən illər ərzində kurslarda peşəkar döyüşçü kimi yetişən hərbçilərimizin sayəsində mümkün olub. Bu gün dövlət qayğısını hər zaman üzərində hiss edən, xalq-ordu birliyindən ruhlanaraq ən çətin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır olan hərbi qulluqçularımızın sıralarına yeni üzvlər daxil olur. İnanırıq ki, hər biriniz kurslarda qazandığınız biliklər nəticəsində ordumuzun daha da güclənməsi üçün əlinizdən gələni əsirgəməyəcək, nümunəvi xidmətinizlə fərqlənəcəksiniz.
Sonra ehtiyat zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim edilib.
Aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin ixtisas hazırlığı kurslarında uğur qazanaraq ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib.
Nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
İxtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahsız və silahlı çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözü bağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsini praktiki yerinə yetiriblər.
Sonda bölmələrin tribuna önündən təntənəli keçidi olub.
Emtv.az