18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Braziliya Meksikanı məğlub edir - FOTO
Emtv.az bildirir ki, Braziliya millisinin hücumçusu Neymar 51-ci dəqiqədə hesabı açıb.
Dünya çempionatı
1/8 final mərhələsi
2 iyul
18:00. Braziliya - Meksika - 1:0 (İkinci hissə)
Qol: Neymar, 51
***
Emtv.az bildirir ki, futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Braziliya-Meksika oyunu başladı.
***
Futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Emtv.az report-a istinadən xəbər verir ki, əvvəlcə Samara şəhərindəki eyniadlı arenada 5 qat dünya çempionu Braziliya yığması Meksikanı sınağa çəkəcək.
Braziliya E qrupundakı ilk görüşündə İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikdən sonra Kosta-Rika və Serbiyaya 2:0 hesabı ilə qalib gələrək, 1-ci yeri tutub. Meksika isə Almaniyaya 1:0, Cənubi Koreyaya 2:1 hesabı ilə qalib gəldikdən sonra İsveçə uduzub - 0:3. Nəticədə İsveç şəxsi oyunlardakı üstünlüyü sayəsində birinci, Meksika ikinci olub. Onlar hərəyə 6 xal toplayıblar. Dünya çempionluqları sayında Braziliya ilə bərabərləşmək şansı olan Almaniya isə 3 xalla qrupda qalıb.
"Pentakampeonlar" DÇ-2018-dəki ilk sensasiyanın müəllifi ilə mundiallarda 4 dəfə üz-üzə gəliblər. Braziliya 1950-ci ildə 4:0, 1954-cü ildə 5:0, 1962-ci ildə 2:0 hesablı qələbə qazanıb. Yalnız 2014-cü ildə Meksika qolsuz bərabərliyə nail olub.
Günün digər oyunu Rostov-Dondakı "Rostov Arena"da Belçika ilə Yaponiya arasında keçiriləcək. Çempionatın favoritlərindən sayılan "qırmızı şeytanlar" G qrupundakı görüşlərində Panamaya 3:0, Tunisə 5:2, İngiltərəyə 1:0 hesabı ilə qalib gələrək, 9 xalla 1-ci yeri tutub. Yaponiya H qrupundakı qarşılaşmalarında Kolumbiyanı 2:1 hesabı ilə yendikdən sonra Seneqalla heç-heçə edib - 2:2. Son oyunda isə asiyalılar Polşaya 0:1 hesabı ilə uduzub. Beləliklə, "gündoğar ölkə" komandası 4 xal toplayıb və eyni xala malik Seneqalı sarı vərəqələrinin azlığı səbəbindən üstələrək, 2-ci yeri tutub. Qrup liderliyinə isə 6 xalla Kolumbiya yiyələnib.
Əvvəllər Belçika və Yaponiya yığmaları 2002-ci il dünya çempionatının qrup mərhələsində üz-üzə gəlib. Həmin görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
DÇ-2018
1/8 final
2 iyul
18:00. Braziliya - Meksika
Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (hər ikisi İspaniya)
Samara, "Samara Arena"
22:00. Belçika - Yaponiya
Hakimlər: Malanq Dyodiu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bakari Qassama (Qambiya), Jan Klod Birumuşahu (Burundi)
Rostov-Don, "Rostov Arena"
Qeyd edək ki, bu iki qarşılaşmanın qalibləri iyulun 6-da keçiriləcək 1/4 final matçında bir-birilərinə rəqib olacaqlar. Növbəti mərhələnin ilk 2 görüşündə isə iyulun 6-da Uruqvay Fransa ilə, iyulun 7-də Rusiya Xorvatiya ilə qarşılaşacaq.
Emtv.az