17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İmtahanın nəticələri elan OLUNDU
Dövlət qulluğuna qəbul üçün bu gün keçirilən test imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan nəticələri saat 17:09-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.
Qeyd edək ki, bu gün DİM tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 21 nəfər imtahana gəlməyib.
Nəticələrə əsasən:
BA1 altqrupu üzrə – 2 nəfər;
BA2 altqrupu üzrə – 11 nəfər;
BA3 altqrupu üzrə – 23 nəfər;
BA4 altqrupu üzrə – 44 nəfər;
BB1 altqrupu üzrə – 54 nəfər;
BB2 altqrupu üzrə – 79 nəfər;
BB3 altqrupu üzrə – 135 nəfər;
BB4 altqrupu üzrə – 160 nəfər olmaqla, ümumilikdə 508 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Emtv.az