18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İrəvan təşvişdə: Ərdoğan Putini razı salır…
Ərdoğanın zəfəri təkcə Qərb üçün deyil, eyni zamanda Ermənistan üçün pis xəbərdir. Bunun ən vacib səbəbi isə Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsidir.
Emtv.az xəbər verir ki, bu sözləri sputnik-əTürkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanmasını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov deyib.
Mixaylovun sözlərinə görə, Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatiya yolu ilə Rusiyaya nüfuz etməsi və Moskvanı Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfinə çəkməsindən narahatlıq keçirir.
“Bütün beynəlxalq ictimaiyyət Türkiyədəki prezident seçkilərini narahatlıqla gözlədi. Ərdoğanın seçkiləri mütləq şəkildə uduzacağı iddia olunan informasiya kirliliyi səbəbi ilə gərginlik daha da artdı. Türk liderin əleyhdarları Türkiyənin qeyri-müəyyənlik və siyasi xaos yoluna qədəm qoyacağı fikrini müdafiə etdi. Bunu xüsusilə müstəqil qərarlar qəbul edən böyük, regional və müsəlman bir ölkəyə qarşı çıxan Avropa Birliyi və ABŞ istədi. Ancaq bir fəlakət yaşanmadı və türk xalqı Ərdoğana və onun siyasi xəttinə inamını təsdiqlədi”, – ekspert bildirib.
Ekspertin fikrincə Rusiya Prezidenti Vladimir Putinin seçkilərdən sonra Ərdoğanı təbrik edən ilk liderlərdən biri olması təsadüfi deyil.
“Rusiya və Türkiyə həm tarixi, həm də siyasi baxımdan bir çox ortaq nöqtəyə sahibdir. İki ölkə qarşıdakı illərdə beynəlxalq arenada əməkdaşlığı daha da inkişaf etdirə bilər və bir çox problem qarşısında koordinasiyalı şəkildə hərəkət edə bilər”, – ekspert əlavə edib.
Emtv.az