17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ-dan müttəfiqlərinə İranla bağlı yeni tələb – Kritik durum
ABŞ müttəfiq dövlətlərdən noyabrın 4-dək İrandan neft idxal etməyi sıfıradək endirməyi tələb edib. Bloomberg xəbər verir ki, bu tələb may ayında ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqi ilə əlaqədardır.
ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisinin verdiyi məlumata görə, əgər hər hansı müttəfiq ölkənin şirkəti İrandan noyabr ayının əvvəlinədək neft almağı dayandırmayacaqsa, ona qarşı ABŞ tərəfdən sərt tədbirlər görüləcək.
CNBC-nin yaydığı məlumata görə, dünya bazarında neftə tələbatı ödəmək üçün ABŞ-la aralarındakı gərgin münasibətə baxmayaraq, Rusiyaya neft hasilatını artırmaqla bağlı müraciət edə bilər. Çünki gələn həftə Rusiyanın energetika naziri Aleksandr Novakın amerikalı həmkarı Uilyam Perri ilə görüşü nəzərdə tutulur. Görüşdə Rusiyadan dünya bazarına karbohidrogen ehtiyatlarının çıxarılması məsələsinin müzakirə olunması gözlənilir.
Yaponiyanın Nikkei qəzetinin yazdığına görə, Yaponiya hökuməti artıq ABŞ-dan İran neftini almamaq barədə təlimat alıb. Yaponiyanın idxal etdiyi neftin 5,5 faizi İran neftinin payına düşür. İran Yaponiyaya neft idxalatına görə Rusiyadan sonra 6-cı yerdə durur. Yaponiya idxal etdiyi neftin 40 faizini Səudiyyə Ərəbistanından, 24 faizini isə Birləşmiş Ərəb Əmirliyindən alır.
ABŞ-ın müttəfqlərinə İran neftini almasına qadağa barədə göstərişi dünya bazarında neftin bahalaşmasına səbəb olub. Bu qərardan sonra iyunun 27-də Londonun ICE Future birjasında Brent markalı neftin qiyməti 0,44 faiz artaraq 76,65 dollar olub.
ABŞ Neft İnstitutunun (APİ) yaydığı məlumata görə, qiymət artımının digər səbəbi isə ABŞ-ın ticari yanacaq ehtiyatının kəskin azalmasıdır.
Neftin qiymətinin artımına daha bir səbəb isə Liviya və Kanadadan neftin alınması ilə bağlı yaranan qeyri-müəyyənlikdir.
Emtv.az