18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İran ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib
İranda üç polis nəfərini qətlə yetirməkdə təqsirli bilinərək məhkəmənin hökmü ilə asılmaqla edam edilən Məhəmməd Salasın hüquqlarının pozulması haqqında ABŞ-ın bəyanatı birmənalı qarşılanmayıb.
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasiminin dediklərinə əsasən, M.Salas cari ilin fevralında Tehranda idarə etdiyi avtobusu qəsdən polis əməkdaşlarının üzərinə sürərək üç qanun keşikçisini qətlə yetirib. Məhkəmə prosesində M.Salasın cinayət törətməsi tam olaraq sübuta yetirilib. Bundan başqa, M.Salas etiraf edib ki, polislərin qətlə yetirilməsi əvvəlcədən hazırlanmış plana əsasən baş verib.
B.Qaşimi ABŞ-ın bəyanatını İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirərək diqqətə çatdırıb ki, ABŞ məhkəmələri tərəfindən hər il 100-dən çox edam hökmü çıxarılır və yerinə yetirilir.
Emtv.az