18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı — LƏNKƏRANDA ŞOK OLAY (FOTO)
Lənkəran rayonunun Viyən kəndində bir neçə gün sonra toyu olacaq 20 yaşlı Aytən Məmmədova (ad şərtidir-red.) ilə həmin kəndin iki uşaq atası olan 32 yaşlı sakini Gülağa Zahidovun (ad şərtidir-red.) intim videosu yayılıb.
Emtv.az ölkə.az-a istinadən xəbər verir ki, altı ay öncə A.Məmmədova Orxan Əliyev adlı (ad şərtidir-red.) başqa bir həmkəndilisiylə nişanlanıb və qız toyu olub. Toydan sonra Orxanla Aytən Rusiyaya gediblər və qız Lənkərana qayıdıb. Elə hər şey də bundan sonra baş verib. May ayının sonlarında kənddə Aytənin başqa bir evli kişiylə münasibətdə olduğu iddiaları ortaya çıxıb. Əvvəlcə heç kim buna inanmaq istəməsə də, foto və video görüntülərin ortaya çıxmasından sonra Orxanla Aytənin münasibətləri bitib.
Artıq faktla bağlı Gülağa Zahidov Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən cinayət məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək həbs olunub.
Aytən Məmmədovanın atası Firuz Məmmədov (ad şərtidir-red.) əməkdaşımızla söhbətində bunları deyib:
"Altı ay qabaq qızımın toyu oldu, əri ilə getdilər Moskvaya, oğlan orada yaşayırdı. İnanırsınız, toyun borclarını hələ verib qurtara bilməmişəm, toydan 4146 manat borc qalıb. Gülağa qızımın şəkillərini, videosunu hardasa çəkmişdi, yayıb vatsap vasitəsi ilə. Gedib şəkillər çıxıb Moskvaya ərinə. O da dərhal qızı boşayıb, göndərdi üstümə. İndi qıza iki nəfər nəzarət edir ki, özünə nəsə edər. Şəkilləri isə araşdırıblar, Lənkəranda ekspert analiz edib və belə rəy veriblər ki, qızın başını götürüb şəkillərə montaj ediblər. Məqsədi o olub ki, qızı şantaj edib ələ alsın, qız da onunla yaxınlıq etmədiyinə görə şəkilləri yayıb.
Mən də şikayət elədim, 6-7 gün yoxa çıxdı və sonra polis əməkdaşları tərəfindən saxlanıldı".
Sözügedən hadisəylə bağlı G.Zahidovun ailəsi danışmaq istəməyib.
Qeyd edək ki, saxlanılan Gülağa Zahidov ailəlidir, iki övladı var.
Emtv.az