17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Prezident büdcədən onlara 58 milyon ayırdı
"Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin Fərmanından irəli gələn tədbirlərin maliyyə təminatı üçün ayrılacaq məbləğin həcmi müəyyənləşib.
Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat 2018- ci ilin yenidən baxılacaq dövlət büdcəsi sənədində əks olunub. Belə ki, sözügedən şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi üçün 58,3 milyon manat vəsait nəzərdə tutulub.
Həmçinin pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 384,0 milyon manatla yanaşı, 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128,0 milyon manat vəsait yönəldiləcək.
Emtv.az