18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanlı biznesmen polisə rüşvət təklif etdiyinə görə həbs olundu
Rusiyanın Tver vilayətinin Peno qəsəbəsində yaşayan azərbaycanlı biznesmen polisə rüşvət vermə ittihamı ilə həbs olunub.
Rusiya KİV xəbər verir ki, bu barədə Tver vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə bu il fevralın 28-də baş verib. Penovsk rayonunda saxta alkoqollu içkilər satarkən yaxalanan fərdi sahibkar spirtli içkilərin satışı haqda inzibati protokol tərtib etməməsi üçün əməliyyat müvəkkilinə 15 min rubl rüşvət təklif edib.
Polis əməkdaşı ona rüşvət təklif edən biznesmenlə bağlı Rusiya Daxili İşlər Nazirliyinə məlumat verib.
Biznesmen barəsində cinayət işi başlanılıb. Ona Rusiya Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə materiallar baxılması üçün Penovski Rayon Məhkəməsinə göndərilib.
Emtv.az