18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ronaldo TARİXƏ DÜŞDÜ: Portuqaliya – İspaniya – 3:3
Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
Emtv.az-ın məlumatına görə, son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Qrup liderliyinə iddialı iki komandanın oyunu bol qollu olub. Hərəyə 3 qol vuran rəqiblər hərəyə 1 xalla kifayətləniblər.
Portuqaliyanın heyətində Kristiano Ronaldo het-trik edərək matçın taleyini təyin edib. Super ulduz DÇ-2018-in İspaniya ilə matçında qol vuraraq adını tarixə yazdırıb.
Belə ki, penaltidən vurduğu qolla hesabı açan Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. Kristiano AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən az bir dəfə rəqib qapıçını məyus edə bilib.
Üstəlik ardıcıl 4 dünya çempoionatında da qol vuran Ronaldo (DÇ-2006 - İran, DÇ-2010 - Şimali Koreya, DÇ-2014 – Qana) tarixdə bunu bacaran 4-cü oyunçu olub. Daha əvvəl bunu Uve Seelar, Pele və Miroslav Kloze bu göstəricini təkrarlayıb.
Dünya çempionatı
Qrup mərhələsi, I tur
15 iyun
"B" qrupu
Portuqaliya – İspaniya – 3:3
Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58.
Soçi, "Fişt” stadionu
Emtv.az