18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Ordu 90 gün ərzində Qəndilə Türkiyə bayrağını sancacaq” – General açıqladı
“Qəndildə terror mərkəzinin məhv edilməsi istiqamətində həyata keçirilən əməliyyatlar psixoloji cəhətdən mühüm əhəmiyyət kəsb edir. Ordu 90 gün ərzində Türk bayrağını Qəndilə taxmaqla, “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatının ardından Qəndil zəfəri PKK probleminin həllinə ciddi təsir göstərəcək”.
Bunu Türkiyə ordusunun generalı olmuş İsmail Hakkı Pekin “Yeni Şafak” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kato dağından başlanan əməliyyat İran, İraq, Türkiyə və Suriyadakı PKK terrorçularını ciddi təşvişəsalıb.
“Türkiyə öz təhlükəsizliyini təmin etməklə yanaşı, bölgə xalqının yeni terror təhdidlərdən qorumaq üçün mövcud təhlükəsizlik sərhəd xəritəsini dəyişməlidir. Ona görə də İraqın içərisinədə 80 kilometrlik əhlükəsizlik bölgəsi yaradılmalıdır. Hazırda bunun üçün yaxşı bir imkan yaranıb və Türkiyə bu fürsətdən yararlanmalıdır”- deyə, general bildirib.
İsmail Hakkı Pekin onu da əlavə edib ki, PKK-nın mərkəzinin vurulması məsələsində diplomatik cəhətdən Ankara çox uğurlu bir siyasət yürüdür: “Türkiyə bölgənin aktyorları olan Bərzanı, Təlabani, İraq hökuməti, İran və ABŞ-la bu məsələdə işbirliyindədir. Bu diplomatik səylər bir az da artırlmalıdır”.
Əməliyyatlara gəldikdə isə İsmayıl Hakkı deyib ki, bir neçə min əsgərlə terrorçular bölgədən təmizlənəcək. Ordu əsasən terrorçuların hərəkət xəttinə nəzarət edəcək. PUA, döyüş təyyarələri və helikopterlər isə havadan dəstək verəcək.
Emtv.az