SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bacısı oğlu Fazil Məmmədovun “qanadlarını” əlindən aldı - Milyonlarla manat kredit borcu var

8-06-2018, 15:00 | Oxunub: 9 537 |

Bacısı oğlu Fazil Məmmədovun “qanadlarını” əlindən aldı - Milyonlarla manat kredit borcu var
Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovun "Qolfstrim” markalı təyyarəsi "AtaBank”dan götürdüyü milyonlarla manat kreditlə əvəzləşdirilib. Bu haqda yayılan son məlumatlar yeni deyil.

İlin əvvəlində sabiq nazirə məxsus təyyarənin əlindən alınacağı haqda xəbərlər vardı. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi "AtaBank”dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov qoyulmuşdu. Nazir olduğu vaxt krediti vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişləri etməyib. Bu səbəbdən də şəxsi təyyarəsi əlindən alınıb. Bildirək ki, hazırda "AtaBank”ın İdarə Heyətinin sədri Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevdir. Sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olduğu bildirilir.

F.Məmmədov ötən il dekabrın 5-də prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilib. O, vəzifəsindən çıxarılmazdan əvvəl belə xəbərlər yayılmışdı ki, F.Məmmədov özünü diplomatiya sahəsində sınamaq istəyir. Bildirilirdi ki, o, keçmiş sovet respublikalarından birinə səfir göndərilməsinə nail olmaq üçün hərəkətə keçib. Və bununla bağlı hətta "yuxarılara” xahiş də edib. Vəzifədən çıxarılandan dərhal sonra bu mövzu aktuallaşdı.

Həmin ərəfədə ölkəmizin Tacikistandakı səfirinin geri çağırılması F.Məmmədovun arzusunun gerçəkləşə biləcəyi yönündə iddiaları artırmışdı. O da qeyd olunurdu ki, əgər Fazil Məmmədovun işdən çıxarılması hansısa qəzəbin təzahürü deyilsə, sadəcə, 17 illik naziri yenisi ilə əvəzləmək istəyindən irəli gəlibsə, o zaman sabiq nazirin səfir istəyi reallaşa bilər. Amma iqtidar bu yöndə Fazil Məmmədovun ətrafının apardığı spekulyasiyanın qarşını alan addım atdı. Tacikistan Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olundu. Hazırda Fazil Məmmədovun taleyi ilə bağlı müəmma davam etsə də, böyük ehtimalla o da sabiq nəzliyyat naziri Ziya Məmmədov kimi komandadan birdəfəlik uzaqlaşdırılanlar sırasında yer alıb. Onun işdən qovulmasında böyük pul oğurluğunun əsas rol aldığı iddia olunur.

Bu iddia hələ də təkzib olunmayıb. Söhbət ölkədən çıxarılan 4 milyard 500 milyon manat "qara pul”dan gedir. İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb. Gələn məlumatlara görə, Fazil Məmmədovun vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, onun və yaxın ətrafının həbsi gerçəkləşə bilər. Bu xüsusda Hafiz Hacıyevin Fazil Məmmədovun 4-5 milyard dollar sərvəti olması haqda fikirlərini sıradan sözlər hesab etmək olmaz. Onun sözlərinə görə, araşdırma aparmaq lazımdır ki, bu qədər pulu necə toplayıb.
Bacısı oğlu Fazil Məmmədovun “qanadlarını” əlindən aldı - Milyonlarla manat kredit borcu var
Sitat: "Bu adamları elə-belə buraxmaq olmaz. Pullarını əllərindən almaq lazımdır. Yoxsa ölkəni qarışdırmaq üçün müxtəlif qüvvələrə pul paylayacaqlar”.

F.Məmmədov müalicə adı ilə ölkədən getmək niyyətində də bulunub. Lakin onun ölkədən çıxması münasib bilinməyib...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR