18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ və Türkiyənin müdafiə nazirləri görüşəcək: Terrorçulara qarşı birgə plan
Nazirlər Mənbiç məsələsini və YPG terrorçularına qarşı mübarizəni müzakirə edəcəklər.
Brüsseldə NATO-nun sammitində ABŞ müdafiə naziri Cim Mattislə Türkiyə müdafiə naziri Nurettin Canikli arasında görüş olacaq.
Görüş barəsində jurnalistlərə açıqlama verən Mattis deyib ki, Ankara ilə Vaşinqton arasında Mənbiç məsələsində razılaşma əldə olunub. Ameriaklı nazir jurnalistlərə açıqlamasında bir yandan Türkiyənin milli maraqları naminə bir yol tapmaq məcburiyyətində qaldıqlarını deməklə yanaşı, digər tərəfdən də YPG terrorçularından formalaşan Suriya Demokratik Qüvvələrindən (SDQ) imtina etməyəcəklərini açıqlayıb.
SDQ-nin zamanında İŞİD-ə qarşı mübarizədə aktiv rol oynadığı qeyd edən Mattis əlavə edib ki, bölgədə hələ də İŞİD-in tam məhv edilmədiyni dilə gətirib: “Bu səbəbdən də SDQ İŞİD-ə qarşı həyata keçirilən mübarizədə əhəmiyyət kəsb edən qüvvədir”.
ABŞ-ın Türkiyə və SDQ ilə işbirliyini eyni anda davam etdirib davam etməyəcəyinə dair suala gəldikdə Mattis bunun çox mürəkkəb məsələ olduğunu deyib.
O əlavə edib ki, bir tərəfdən Türkiyənin qayğılarını aradan qaldırmağa çalışarkən digər tərəfdən də İŞİD-i məhv etmək istəyirik: “Bu çox çətin bir iş. Amma bunu edirik. Çalışırıq. Bunu Türkiyəyə qarşı deyil, əksinə, Türkiyəni sayaraq edirik”.
Emtv.az