17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik” - Baş nazir
İsrail baş naziri Binyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini açıqlayıb.
Bu barədə baş nazir tvitter hesabında yazıb. Netanyahu İranın ali dini lideri Əli Xameneyinin uranın zənginləşdirmə potensialını artırmaqla bağlı bəyanatından sonra belə bir açıqlama ilə çıxış edib:
“Xameneyi iki gün əvvəl bildirdi ki, İsrail dövlətini dağıtmaq niyyətindədirlər. Dünən isə bunu necə edəcəklərini izah etdi. Nüvə arsenalı istehsal etmək üçün uranın qeyri-məhdud sayda zənginləşdirilməsi yoluyla. Biz təəccüblənmirik. İrana nüvə silahına sahib olmağa imkan verməyəcəyik”.
Ayətulla ötən gün bəyan etmişdi ki, İran eyni anda həm sanksiya altında, həm də “nüvə nəzarətində” qala bilməz. Bununla əlaqədar olaraq o, İranın Atom Enerjisi Təşkilatına təcili olaraq uranın zənginləşdirilməsi ilə bağlı əmr verib.
Emtv.az