18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
1 həftədə 5 kiloqram arıqladan - DARÇINLI SU
Yay aylarının yaxınlaşması ilə formada qalmaq istəyənlər arıqlamaq üçün yollar axtarırlar.
Pəhrizlər əvəzinə sağlam çəki atmaq istəyənlərin köməyinə qoxusu ilə hər kəsi cəzb edən darçın çatır. Mətbəxlərin vazkeçilməzlərindən olan darçın yağları əridir, həzm sistemini sürətləndirir. Buna görə də asanlıqla hazırlanan darçınlı artıq çəkilərdən xilas olmaq istəyənlərin də bir nömrəli köməkçisidir. Darçınlı su nizamlı istifadə edildikdə bədəndə yağ yığılmasını və bu yağların artıq çəkiyə çevrilməsinin qarşısını alır.
Darçınlı su həzm sistemini sürətləndirir və bədəndəki insulin müqavimətini artırır. Xüsusilə diabet xəstələri üçün olduqca faydalıdır.
İştahın qarşısını alaraq uzun müddət tox tutma xüsusiyyətinə sahibdir.
Antibakterial xüsusiyyətlər daşıyan darçın həzm sistemini çətinləşdirən bakterialardan xilas olmağa kömək edir.
Pis xolestrol səviyyəsini aşağı salır, yaxşı xolestrola isə faydalıdır. yaddaşı gücləndirir, baş aörısı və migrenə yaxşı təsir edir.
Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Darçınlı su antibakterial xüsusiyyəti ilə ağız təmizliyini təmin edərək diş sağlamlığını da qoruyur.
Darçınlı suyu hazırlamaq olduqca asandır. Bunun üçün lazım olanlar 1 stəkan içməli su və 1 çay qaşığı darçındır. Qarışımı səhər ac qarnına, ya da axşam yatmazdan əvvəl bir stəkan içmək lazımdır. 15 gün ərzində dəqiq nəticələr alacağınız darçınlı su pəhrizini 15 gündən artıq istifadə etməmək lazımdır.
Damaq zövqünüzə görə qarışıma dəfnə yarpağı, mixək və ya alma dilimləri əlavə edə bilərsiniz.
Bir stəkan suya darçın əlavə edərək qaynadın. Qaynadıqdan sonra ilıq halda içə bilərsiniz.
Emtv.az