18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BENZİNİN BAHALAŞMASI AZƏRBAYCANA SIÇRAYA BİLƏRMİ? – Rusiya hələ bizə çatmayıb…
Son zamanlar sosial şəbəkələrdə ölkəmizdə benzinin bahalaşacağı barədə məlumatlar çoxalmağa başlayıb. Söhbət əsasən Aİ-92 markalı benzindən gedir. Bu barədə yayılan şayiələri SOCAR təmsilçisi təkzib edib, amma…
Azərbaycandakı minik avtomobillərinin əksəriyyətinin Rusiya deyil, digər xarici ölkələrin istehsalı olduqlarını nəzərə alsaq, onlarda Aİ-92 markalı benzinin istifadəsinin ümumiyyətlə düzgün olmadığını qeyd etməliyik. Ölkəmizdə Aİ- 92 markasının standartlara nə dərəcədə uyğun gəldiyi məlum məsələdir və mütəxəssislərin də dediyi kimi, bu yanacağın müasir xarici avtomobildə istifadəsi həm onun mühərrikinə, həm də ekologiyaya qarşı qəsddir. Əslində, bizdəki Aİ-95-ə də sürücülərin güvəninin tam olduğunu demək çətindir. Ancaq hər halda, onun kefiyyəti və yararlılığı daha yüksək sayılır ki, bu da Aİ-95-in qiymətində özünü artıqlaması ilə göstərir.
Türkmənistan, Qazaxıstan və hətta Belarus…
Emtv.az azpolitika-ya istinadən xəbər verir ki, artıq bir neçə həftədir ki, bizim üçün əsas müqayisə obyekti olan qonşu Rusiyada benzinin qiyməti yüksəlməkdədir. Qiymət artımı mərkəzi hökumətin əməlli-başlı narahatçılığına səbəb olub və müvafiq orqanlar tərəfindən situasiyanın tənzimlənməsi istiqamətində addımlar müzakirə edilir. Belə ki, benzinin bahalaşması artıq ciddi sosial etirazlara yol açmaqdadır. Ancaq məsələnin bizim üçün maraqlı tərəfi ondadır ki, qonşu ölkədə hətta ajiotaja və kütləvi narazılığa səbəb olan bahalaşmadan sonra belə, Aİ-95 markalı benzinin qiyməti Azərbaycandakı qiymətdən 1 sent ucuzdur – Rusiyada 0.73, Azərbaycanda isə 0.74 ABŞ dolları. Yəni son qiymət sıçrayışlarına baxmayaraq, yenə də bizə çata bilməyiblər.
Onu da deyək ki, Rusiyada minimum əmək haqqı Azərbaycanla müqayisədə iki dəfə yüksəkdir!
Ümumiyyətlə, qiymətlər və əhalinin minimum əmək haqqı, yaşayış səviyyəsi nisbətinə gəldikdə, Avropa ölkələri bir yana, hətta əksər MDB ölkələrilə müqayisə Azərbaycanın xeyrinə deyil. Doğrudur, Azərbaycan kimi “kölgə iqtisadiyyatı” hələ də güclü olan ölkələrdə minimum əmək haqqı göstəricisi əhalinin həyat səviyyəsini tam obyektiv əks etdirə bilmir. Ancaq hər halda, bu göstəricinin də kifayət qədər ciddi rolu var. Məsələn, Azərbaycanda minimum əmək haqqı 64 avro olduğu halda, Qazaxıstanda 72 avrodur. Aİ-95 isə bu ölkədə bizdən 20 sent ucuz – 0.54 dollardır, yəni təxminən bizim Aİ-92 qiymətinədir. Təsəvvür edin ki, bu benzin növü hətta neft ölkəsi sayılmayan Qırğızıstanda (0.64 dollar) və Belarusda da (0.69 dollar) bizdən ucuzdur. Minimum əmək haqqı bizdəki anoloji göstəricidən təqribən 2.5 dəfə çox -156 avro olan Türkmənistanda isə Aİ-95-in qiyməti bizim pulla 72 qəpik, yəni bizdəki qiymətdən az qala iki dəfə ucuzdur!
Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır. MDB ölkələri sırasında bu kriteriyaların müqayisəsində bizdən də acınacaqlı durumda olan isə Ermənistandır. Bu ölkədə minimum əmək haqqı bizdən yüksək – 96 avro olsa da, Aİ-95-in litri 1 dollardır.
Bahalaşmanın fərqli və oxşar səbəbləri…