17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
9 min müəllimin maaşı artırılacaq - sonuncu imtahanın nəticələri
"26 may - 2 iyun tarixlərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tam başa çatıb. Diaqnostik qiymətləndirmədə 17 minə yaxın müəllim iştirak edib".
Emtv.az-ın apa-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqin Bağırov deyib.
O bildirib ki, hazırda müəllimlərin nəticələri təhlil olunur: "Diaqnostik qiymətləndirmədə iştirak edən 17 min müəllimin arasında böyük əksəriyyət təkrar qiymətləndirməyə qatılıb. Onların nəticələrində artım müşahidə olunur. Geniş təhlillər hazır olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək".
E.Bağırov qeyd edib ki, qiymətləndirməyə qatılan 17 min müəllimin arasında yalnız 9 min nəfər müəllim əvvəlki illərdə müxtəlif səbəblərə görə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib: "Qiymətləndirmədə təkrar iştirak edən müəllimlərin əvvəlki illərdə əmək haqları artırılıb. 9 minə yaxın müəllimin, hansı ki, onlar ilk dəfə qiymətləndirmədə iştirak ediblər, onların yeni tədris ilinin əvvəlindən maaşları artımla ödəniləcək".
Emtv.az