18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BMT baş katibi İlham Əliyevə məktub göndərib
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Emtv.az-ın məlumatına görə, məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Birləşmiş Millətlər Təşkilatının zənginliyi onun üzvü olan ölkələrin müxtəlifliyindədir. Ölkələr “Biz – xalqlar” şüarı altında bir araya gələrək təşkilatın Nizamnaməsində təsbit olunmuş dəyərləri uca tutduqda, bizim missiyamız daha da möhkəmlənir. Həm qlobal çağırışların geniş yayıldığı, həm də onların həlli üçün geniş imkanların mövcud olduğu bir dönəmdə həmin dəyərlər bizi birləşdirən etibarlı vasitədir.
Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən daha effektiv Birləşmiş Millətlər Təşkilatının qurulması, eləcə də sülhün, davamlı inkişafın və insan hüquqlarının təmin olunması istiqamətində fəal iştirak etmək əzmində olduğumu bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Emtv.az