18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu marşrut avtobuslarının hərəkətində DƏYİŞİKLİK edildi - XƏBƏRDARLIQ
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
Emtv.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, yay mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
Dəyişikliyə əsasən iyunun 1-dən 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu” stansiyasından "Buzovna” çimərliyinə;
108A nömrəli marşrut xətti avtobuslar "Görədil” və "Fatmayı” bağlarına;
141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil” çimərliyinə qədər;
171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi "See Breeze” istirahət mərkəzinə;
172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu” stansiyasından "Bilgəh” bağlarına;
173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı” bağlarına və çimərliyinə qədər;
185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar "Qızılqum” sanatoriyasına qədər;
189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş” bağlarına qədər;
210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.
Emtv.az