17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İlham Əliyev zavodun AÇILIŞINDA - FOTOLAR
Bu gün Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
Emtv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, "ATEF Şirkətlər Qrupu” innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edən müəssisələrdən biridir və son illərdə ölkədə sənayenin inkişafı sahəsində görülən işləri təcəssüm etdirir.
"ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verib. Bildirildi ki, dövlətin güzəştli kreditlərindən istifadə etməklə Qaraçuxur qəsəbəsində inşa olunan iriqabaritli transformatorlar zavodu 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib, həmin ərazidə yüksək gərginlikli avadanlıqlar zavodunun təməli qoyulub.
Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib. Müasir texnologiyalar əsasında yaradılan bu zavod inkişaf etmiş ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilib. Eyni zamanda, "ATEF Şirkətlər Qrupu”nun ümumi dəyəri 20 milyon manat olan iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar və metal-konstruksiyalar zavodlarının yaradılmasına verilən 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub və tam geri qaytarılıb.