17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məşhur aktrisanın evindən narkotik maddə üyüdən qurğu tapıldı
Çağatay Ulusoy və Gizem Karacanın da aralarında olduğu 34 şübhəlinin mühakimə olunduğu məhkəmədə aktyorlar “narkotik maddə ticarəti” cinayətindən 4 il 2 ay həbs cəzası alıb.
Emtv.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, məşhurların evindən çıxan dəlillər və telefon danışıqları cəzanın ən böyük səbəbi olub.
Gizem Karacanın evindən narkotik maddə üyüdən maşın, Çağatay Ulusoyun evindən 7.9 qram narkotik maddə ələ keçirilib.
Dostları ilə görüşdükdə maraq üçün narkotik maddə istifadə etdiyini deyən aktrisa Gizem Karacanın evindən narkotik üyüdülməsində istifadə olunan 2 metal qurğu çıxıb.
Qurğunu Vyanada bir mağazadan sarımsaq üyütmək üçün aldığını deyən Karaca onun narkotik maddə hazırlanmasında istifadə edildiyini bilmədiyini və istifadə etmədiyini deyib.
Çağatay Ulusoy ilə qısa müddət münasibəti olduğunu deyən Karaca “ Çağatay narkotik istifadə edir. Onunla birlikdə istifadə etmişik. Heç kimi narkotiklə təmin etməmişəm. Öz istifadəm üçün də narkotik maddə almamışam” deyə bildirib.
Emtv.az