SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanlı kişi 2 uşağının anasını fahişəliyə məcbur etdi - FOTO

21-05-2018, 12:35 | Oxunub: 13 189 |

Azərbaycanlı kişi 2 uşağının anasını fahişəliyə məcbur etdi - FOTO
Bakıda yaşayan və ibtidai sinif müəlliməsi işləyən 30 yaşlı Sevinc Kərimova 5 il əvvəl boşandığı əri tərəfindən fahişəliyə məcbur edilib. Qadın imtina etdikdə isə ölümlə hədələnib.

Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir iddia ilə S.Kərimova çıxış edib. Qadının sözlərinə görə, reklam agentliyi sahibi olan və Türkiyədə yaşayan 34 yaşlı eks həyat yoldaşı Elmir A. bir ay əvvəl "təkrar evlənək” deyərək onu 8 və 6 yaşlı iki uşağı ilə Antalyaya aparıb:

"Keçmiş ərimdən şiddət gördüyüm üçün ayrılmışdım. Çənəmi və dişimi qırmışdı. Bu səbəbdən Azərbaycanda 1 il həbs yatmışdı. Bir ay əvvəl yanımıza gələrək "Sizin başınızda duracağam. Uşaqlarıma baxacağam. Hər şey çox gözəl olacaq, əşyalarını sat, Antalyaya gəl” dedi. İnandım, gəldim, amma bir müəllimə olaraq söyləməyə utandığım şeylərlə qarşılaşdım”.

Sevincin sözlərinə görə eks-əri evə yad kişilər gətirərək onu fahişəliyə cəlb etmək istəyib. Qadın iki uşağı ilə özünü otağa kilidləyərək təcavüzdən xilas ola bilib.

Elmir A. fahişəlik etmək istəməyən gənc qadını iki uşağının gözü önündə dəfələrlə döyüb, daha sonra saçlarından tutaraq binanın 11-ci mərtəbəsindən atmağa çalışıb. Keçmiş ərinin əlindən qurtulan qadın qonşulara sığınıb. Azərbaycanın Antalya və İstanbuldakı konsulluqlarına zəng edən qadın ölkəsinə dönmək üçün yardım istədiyini, lakin "bizim belə xidmətimiz yoxdur” cavabını aldığını söyləyir.

Daha sonra Sevinc polisə müraciət edib və Elmir A. haqqında uzaqlaşdırma qərarı çıxarılıb, cinayət işi açılıb.

Hadisədən sonra qaçan Elmir A.-nın Türkiyədə başqa bir azərbaycanlı qadınla evli olduğu ortaya çıxıb.

İki uşağı ilə ortada qalan azərbaycanlı qadına qonşular sahib çıxıb. Onun avtobus biletini alaraq Azərbaycana qayıtmasına yardım ediblər.

Azərbaycanlı kişi 2 uşağının anasını fahişəliyə məcbur etdi - FOTO

Azərbaycanlı kişi 2 uşağının anasını fahişəliyə məcbur etdi - FOTO


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR