17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Neftçala yollarına ayrılan pullar kimin cibinə axır? - İttiham
Neftçala rayonunda bir qarış normal asfalt olmadığı halda, yol idarəsi müdiri və oğlu milyonçu kimi yaşayır.
50 saylı Yol İstismar İdarəsi rəisi Füzuli Babayev rayonda çəkilməyən yolların pullarını silib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunun nəticəsidir ki, F.Babayev nazir kimi yaşayır: biznes, mal-mülk, bahalı maşınlar, hər gün restoranlarda ziyafət…
Ancaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi indiyə qədər Neftçala yol idarəsi rəisindən hesabat tələb etməyib.
Hazırda rayonun həm mərkəzi küçələri, həm ara yollarının asfaltı sakinlərin yadından çıxıb. Onlar sonuncu dəfə asfalt sovet dövründə görüblər.
Son dövrlərdə isə idarəyə pul ayrılmadığı üçün F.Babayev “kasıblayıb”.
İndi onun başı bahalı avtomobil kolleksiyası, evləri, asfalt zavoduna qarışıb.
İdarənin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə imkanlı şəxslərə satır.Məsələn ara küçələrdə bir qarış asfalt olmadığı halda imkanlı şəxslərin dükanlarının qarşısını asfalt edərək Füzuli Babayev ticarətlə məşğul olur.
Əmək haqqısı 500 manat olan bir məmurun avtomobillərinə 150 min manat xərcləməsi Füzuli Babayev in sıradan bir korrupsioner olmadığına dəlalət edir.
Agentlik rəhbəri Saleh Məmmədov bu quruma rəhbərlik etdiyi dövrdən heç bir islahat, müsbət addım atmayıb. Hələ də rayonlarda yol istismar idarələri büdcə pullarını istismar etməkdədirlər.
S.Məmmədovun bu hallara göz yumması ya əlbir olduqlarından irəli gəlir, yaxud da ondan xəbərsiz maxinasiyalar reallaşır. Hərçənd, ikinci versiya inandırıcı görünmür.
KİV yazır ki, Füzuli Babayev in Bakı şəhərində 3 evi olduğu bildirilir. Prezident məmurlara dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar korrupsiya və rüşvətdən əldə etdikləri pulla kasıb vətəndaşlara göz dağı verməkdə davam edirlər.
Bunun göstəricisidir ki, Füzuli Babayev özünə və oğlu Ruslan Babayevə hər ay bir maşın alır. Bir qayda olaraq Neftçala rayonunda həyata keçirilən yol təmir tikinti işlərinin tender satışı rayon icra hakimiyyəti vasitəsi ilə məhz Füzuli Babayev 50 saylı Yol İstismar İdarəsinə və ona məxsus MMC şirkətinə verilir.
Son 5 ildə 50 saylı Yol istismar İdarəsi milyonlarla manatlıq tenderin qalibi olub.
Bir çox tenderlərdə isə külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi dəfələrlə mətbuat orqanlarında işıqlandırılıb. Belə bir məmurun vəzifədə saxlanması büdcəyə xəyanətdir.
Ümumiyyətlə, S.Məmmədov yol istismar idarələrini ləğv edərək yeni sistem yaratmalıdır. Bu idarələr dövlətin pullarını şəxsi işlərinə xərcləyir. Odur ki, rayonlarda yollar bərbad gündədir.
Emtv.az