SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Hökumət gömrüklə bağlı dəyişiklik etdi - Ölkəyə gətirilən avtomobilərlə bağlı yeni QAYDALAR

18-05-2018, 13:25 | Oxunub: 8 768 |

Hökumət gömrüklə bağlı dəyişiklik etdi - Ölkəyə gətirilən avtomobilərlə bağlı yeni QAYDALAR
Nazirlər Kabineti "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Emtv.az xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilərdi.


Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş məlumatlar təqdim edilməlidir. Artıq mütləq qaydada təqdim edilməli olan məlumatlar isə aşağıdakılardır:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
-. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.


Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib. Gömrük Məcəlləsinə edilən həmin dəyişiklikdə də yuxarıda qeyd olunan məlumatların mütləq gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim olunması əksini tapıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR