SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıdan 1 milyonla qaçan şəxs kimin oğludur? - Fotofakt

15-05-2018, 12:45 | Oxunub: 6 895 |

Bakıdan 1 milyonla qaçan şəxs kimin oğludur? - Fotofakt
1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu hələ də İnterpol xətti ilə axtarılır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, o, bir neçə Azərbaycan vətəndaşının ümumilikdə 970 min avro pulunu mənimsəməkdə ittiham edilir. Məlumata görə, İsmayılzadə Cavidan İlham oğlu tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adıyla külli miqdarda pullarını mənimsəyib. Adlarının çəkilməsini istəməyən zərərçəkənlər (bəziləri vəzifə tutur) məhkəməyə müraciət etdiklərini, İsmayılzadə Cavidan İlham oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunduğunu, lakin həbs edilmədiyini bildiriblər. Həbs edilməməsinə səbəb isə İ.Cavidanın Almaniyaya qaçmasıdır.


Məsələnin heyrət doğuran tərəflərindən biri də odur ki, İsmayılzadə Cavidan bu əməllərini nəinki Azərbaycanda, hətta Almaniyada da həyata keçirib. O, təxminən 2 il əvvəl silsilə dələduzluq əməllərinə görə Almaniya polisi tərəfindən saxlanılıb. Buna səbəb Cavidanın yerli supermarketlərdən birindən oğurluq etməsi olub. Azərbaycandan fərqli olaraq, Almaniyada bu tip oğurluqlara görə insanlar cinayət məsuliyyətinə cəlb olunmadığından polislər onun oğurluq etməsi ilə bağlı inzibati protokol tərtib edib və sərbəst buraxıblar.

Məsələnin ən şokedici tərəfi isə İsmayılzadə Cavidanın keçmiş MTN-in polkovnik-leytenantı İlham İsmayılın oğlu olmasıdır. İlham İsmayıl hələ 2016-cı il noyabrın 10-da mətbuata açıqlamasında Cavidanın oğlu olduğunu təsdiqləmişdi:

“O məsələ həll olunub. Dələduzluq məsələsi deyil. Kiçik bir şeydir, özləriylə danışıb həll etmişik. Məhkəmənin qərarı da var. Hissə-hissə ödənəcək”.


İlham İsmayıl məbləğin hissə-hissə ödəniləcəyini dediyi vaxtdan iki ilə yaxın vaxt keçsə də, zərərçəkənlər bu günə qədər həmin məbləğdən 1 qəpik belə ala bilmədiklərini deyiblər.

İlham İsmayıl elə həmin vaxt oğlunun adının tezliklə İnterpoldan çıxarılacağını da bildirmişdi:

“Mülki işlə İnterpolun axtarışına pul verib yazdırıblar. Məsələ tezliklə həll olunacaq, o zaman adı da İnterpolun axtarışından çıxacaq. Əgər elə bir ciddi şey olsaydı, İnterpol onu çoxdan tapıb göndərərdi. Bu, daxili axtarışdır”.


Lakin təxminən 2 il keçməsinə baxmayaraq, İsmayılzadə Cavidan İlham oğlunun adı hələ də İnterpolun saytında, həm də CM-nin 178.3.2-ci maddəsi ilə (178.3 – eyni əməllər təkrar törədildikdə, 178.3.2 isə külli miqdarda məbləği nəzərdə tutur) axtarışdadır.

İ.Cavidanın başqa bir dələduzluq əməli isə avtomobil satmaq adı ilə bir neçə nəfərə aldadıb, pulunu mənimsəməsidir.

Onun hələ Azərbaycanda olduğu müddətdə bir neçə il vəzifəli şəxslərin bizneslərini idarə etdiyi, daha sonra Türkiyə, oradan isə Niderland Krallığına qaçdığı bildirilir. Dələduzluq əməllərinə görə axtarılan İ.Cavidan Niderland Krallığında qaldığı müddətdə də bir qrup azərbaycanlını aldadıb və Almaniyaya qaçıb.


Hazırda onun Almaniyada gizləndiyi ehtimal edilir.

Bakıdan 1 milyonla qaçan şəxs kimin oğludur? - Fotofakt

Bakıdan 1 milyonla qaçan şəxs kimin oğludur? - Fotofakt


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR