18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Portuqaliyalı futbolçu millidən imtina etdi
"Sportinq”in müdafiəçisi Fabio Koentrao Portuqaliya millisi ilə dünya çempionatına qatılmaq istəmədiyini bildirib.
Emtv.az xəbər verir ki, 30 yaşlı futbolçu sosial mediadakı hesabında gərgin mövsüm keçirdiyini, buna görə, DÇ-2018-də Portuqaliya millisində yer almayacağını açıqlayıb:
"Keçən həftə uzun müddət düşündükdən sonra, gərgin keçən mövsümün ardından DÇ-2018-də Portuqaliya millisini təmsil etmək üçün özümü kifayət qədər yaxşı hiss etmədiyimi bildirdim. Gələcəkdə yenə milli komandada çıxış edəcəyimi düşünürəm. O vaxta qədər komandaya daim dəstək olacam. Yaxında görüşərik”.
Xatırladaq ki, Koentrao 2009-cu ildən Portuqaliya yığmasının şərəfini qoruyur. O, bu müddətdə 52 dəfə milli formanı geyinib. Müqavilə ilə "Real”a məxsus olan, "Sportinq”də icarə əsasında çıxış edən sol cinah müdafiəçisi son mövsümdə şans qazandığı 43 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.
Emtv.az