18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İşdən çıxarılan nazir 2 zavod tikdirir
Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Salyan rayonunda 2 zavod inşa etdirir.
Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, Hüseynqulu Bağırov rayonun Xıdırlı kəndində Zeytun Yağı Emalı zavodu və Quru meyvələr hazırlanması üçün müəssisə tikdirir.
Məsələ ilə bağlı açıqlama verən Salyan Rayonu Xıdırlı kənd icra nümayəndəsi Elçin Nəzirov keçmiş nazirin müəssisə tikdirməsini təsdiqləyib:
"Mən özüm də Hüseynqulu müəllimi görmüşəm. Özü işlərin gedişi və tikinti işləri ilə şəxsən maraqlanır. 2 zavod tikilib. Bunlar Zeytun yağı emalı və Meyvə qurusu zavodlarıdır. Hazırda Zeytun yağı emalı zavodunun inşası prosesi yekunlaşır. Təxminən iyun ayının əvvəli açılışı olmalıdır. 4 saylı yaşıllaşdırma idarəsinin saldığı zeytun ağaclarının meyvələrindən zavodda istifadə ediləcək. Həmin bu ekologiya idarəsinin əkdiyi ağacların zeytunları əvvəllər Hövsan qəsəbəsinə göndərilirdi. İndi bura veriləcək və burada zeytun yağı emal olunacaq”.
Emtv.az