18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Heydər Əsədovun qardaşı ilə bağlı sensasion fakt - Yoxlamalar başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı ciddi faktlar ortaya çıxmaqdadır.
Səlim Müslümov nazir vəzifəsindən çıxarıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunda yoxlamalar başlayıb. Yoxlama zamanı şok faktlar üzə çıxıb. Məlum olub ki, hər il pensiya təminatı sahəsində yüz milyonlarla vəsait mənimsənilib.
Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, ciddi qanun pozuntularının və yeyintilərin olduğu qurumlardan biri də ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Hüquqi şəxslərlə iş departamentində baş verib. Məlumat üçün bildirək ki, bu qurumun rəisi sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşı Şiraslan Əsədovdur.
Məlumatlı şəxs deyib ki, Səlim Müslümovla Heydər Əsədovun yaxın olması heç kimə sirr deyil. Onlar dostluq münasibətlərini qohumluq əlaqələri ilə daha da möhkəmləndiriblər. Bu yaxınlıq səbəbindən S.Müslümov Heydər Əsədovun qardaşına fondda yüksək vəzifə vermişdi. Ş.Əsədov nazirlə yaxınlıqlarına güvənərək departamenti öz şəxsi mülkü kimi idarə edib. Belə ki, əsasən şirkətlərlə işləyən bu qurum bütün imkanlarından istifadə edərək sahibkarları təzyiq altında saxlayırmış. Hesablaşma əməliyyatlarında, eləcə də ikili mühasibatlıqla bağlı Ş.Əsədovun diqtəsindən kənar hərəkət edən şirkətləri "cəzalandırırdı”. Yəni, kim onun müəyyənləşdirdiyi "qaydalar”la işləmirdisə, açıq desək, hesabını vermirdisə, ona qarşı süni əngəllər yaradılırdı. Bir qədər də dərinə gedəndə həmin şirkətlər məhkəməyə verilirdi. Amma işbirliyi quran şirkətlər hesabını verdikdə, büdcədən milyonlarla vəsaitin yayındırılmasına şərait yaranırdı.
Qeyd edək ki,artıq Şiraslan Əsədovun qurduğu bu sistemlə bağlı ciddi yoxlama başlayıb. İlkin araşdırmaya görə, Dövlət Sosial Müdafiə Fondunun Hüquqi şəxslərlə iş departamentində il ərzində milyonlarla vəsaitin necə yayındırıldığı üzə çıxıb.
Emtv.az