18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanın "Ümid" körpüsü üzərində Azərbaycan-Türkiyə bayraqları dəyişdiriləcək - VİDEO
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə üçün bayraq milli şərəf və qürur rəmzidir.
Emtv.az naxcivantv.az-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq may ayının 29-dan 31-dək Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimi”nə hazırlıq məqsədi ilə Azərbaycan-Türkiyə Dövlət Bayraqlarının dəyişmə mərasimi olacaq.
Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən bayraq təhvil verildikdən sonra bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüşə başlayıb. May ayının 13-də “Ümid” körpüsündə Azərbaycan-Türkiyə Dövlət Bayraqlarının dəyişmə mərasimi keçiriləcək.
Emtv.az