17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Fazil Məmmədov Azad Rəhimovdan küsərək federasiya prezidenti postundan istefa verdi...
Azərbaycan Güləş Federasiyasının prezidenti, sabiq vergilər naziri Fazil Məmmədov postundan istefa verib.
Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, Məmmədov bu gün istefa ərizəsini federasiyanın ali seçki orqanına təqdim edib.
Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinə də bu yöndə məktub ünvanlayan Fazil Məmmədov səlahiyyətlərinə xitam verilməsini xahiş edib.
Məlumatlı mənbə bildirir ki, 10 ildən çox bu postda olan Məmmədovun gediş səbəbi səhhəti ilə bağlı deyil. Güman edilir ki, qərarda əsas rolu dünən gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə keçirilən iclasa dəvət edilməməsi və nizamnaməyə əsasən 1-ci vitse-prezidenti seçmək hüququnun məhz federasiya prezidentinə məxsus olması oynayıb.
Belə ki, həmin iclasda Azad Rəhimov Namiq Əliyevi 1-ci vitse-prezident vəzifəsinə qaytarıb. Məlum olduğu kimi, Fazil Məmmədov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidentidir. O, buradakı işini hələ ki davam etdirir.
Emtv.az