17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yasamalın icra başçısı jurnalistin qabağından geri çəkildi
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov "azel.tv" saytının təsisçisi və redaktoru Əfqan Sadıqova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini geri götürüb.
Emtv.az xəbər verir ki, bu barədə report-a vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bu gün Cəlilabad Rayon Məhkəməsində baxılan məhkəmə iclasında icra başçısının nümayəndəsi müvəkkilinin xüsusi ittiham qaydasında verdiyi şikayətini geri götürdüyünü deyib.
Məhkəmənin qərarı ilə icraata xitam verilib.
Ə.Sadıqov bu ayın sonlarına yaxın azadlığa buraxılacaq.
Xatırladaq ki, "azel.tv" saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham olunub, lakin o, ittihamı qəbul etmədiyini söyləyir.
2017-ci il yanvarın 12-də, Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Ə.Sadıqov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmənin qərarı ilə onun cəzası 1 azaldılıb.
2017-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov xüsusi ittiham ilə məhkəməyə müraciət edib. İcra başçısı jurnalisti ona qarşı böhtan yaymaqda günahlandırıb.
Emtv.az