SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“181 ölü pensiya alırmış” – Səlim Müslümovun yoxlanılmasının rəsmi nəticəsi açıqlandı

11-05-2018, 14:14 | Oxunub: 7 862 |

“181 ölü pensiya alırmış” – Səlim Müslümovun yoxlanılmasının rəsmi nəticəsi açıqlandı
2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə təsdiq edilmiş proqnoz 93,5% icra edilməklə 1 mlrd. 920 mln. 994,8 min manat vəsait yığılıb, ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 mln. 612,2 min manat və ya 6,7% artaraq 342 mln. 877,2 min manat təşkil edib.

Bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub. Sənəddə vurğulanıb ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə DSMF-nin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib.


Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib.

Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

2016-cı ildə Fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər Fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə Fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, Fond və Nazirlik tərəfindən Konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Fondun aparatının saxlanılması üzrə 38,9 min manat vəsait təsdiq olunmuş smetada nəzərdə tutulan maddələrə uyğun xərclənməyib, tətbiq olunmuş maliyyə sanksiyalarından daxil olan vəsaitlər üzrə ümumilikdə 25,8 min manat vəsait "Sosial Sığorta haqqında” qanunda nəzərdə tutulmayan istiqamətdə xərclənib. bundan əlavə, ümumilikdə 10,7 min manat məbləğində artıq əmək haqqı və müavinət, həmçinin 6 min manat məbləğində artıq yanacaq xərcləri aparılıb, Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "Pensiya və sosial təminat” layihəsi üzrə Fondun dövlət büdcəsinə 2,3 mln. dollar məbləğində borc qalığı yaranıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR