SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda ümumrespublika olimpiadasının zona turniri başa çatıb

7-05-2018, 14:54 | Oxunub: 9 503 |

Naxçıvanda ümumrespublika olimpiadasının zona turniri başa çatıb
Rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turnirinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadanın zona turniri başlanmazdan əvvəl şagirdlərin ifasında ədəbi-bədii proqram təqdim edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Əliyev, məktəbin direktoru Samirə İsmayılova çıxış edərək qonaqları salamlayıb, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıblar.


“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Naxçıvanda olmasından məmnunluğunu bildirərək diqqətə çatdırıb ki, keçirilən olimpiadalar rus dili və ədəbiyyatının mənimsənilməsi və təbliği baxımından uğurlu nəticələr verməkdədir. Beşinci ildir ki, Naxçıvanda keçirilən olimpiadaya rəhbərlik edən Valentin Denisov Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında rus dilində məktəblərin fəaliyyət göstərməsini sevindirici hal kimi qiymətləndirib. Xüsusilə də gənclərin rus dilini öyrənmələrinin onların gələcək həyatlarında əhəmiyyətli rol oynayacağını vurğulayan nümayəndəliyin rəhbəri onun təbliğində dövlətin göstərdiyi diqqət və qayğının təqdirəlayiq olduğunu deyib. Bildirilib ki, Azərbaycan məktəblərində rus dilinin tədris olunması iki ölkə arasında dostluq münasibətlərinin, qarşılıqlı mədəni inkişafın göstəricisidir. Bu gün Naxçıvanda bütün sahələr kimi, təhsil də sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də muxtar respublikada mütəmadi olaraq müxtəlif olimpiadaların keçirilməsidir.


Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin təhsil proqramlarının kordinatoru Alenina Olesya çıxışında belə tədbirlərin Rusiya və Azərbaycanın qarşılıqlı əlaqələrinin inkişafına xidmət etdiyini diqqətə çatdırıb, olimpiada iştirakçılarına uğurlar arzulayıb.


Şagirdlərə qaydalar haqqında məlumat verildikdən sonra olimpiadanın zona turniri başlayıb. Bilik yarışında 64 şagird iştirak edib.

Naxçıvanda ümumrespublika olimpiadasının zona turniri başa çatıb

Naxçıvanda ümumrespublika olimpiadasının zona turniri başa çatıb

Naxçıvanda ümumrespublika olimpiadasının zona turniri başa çatıb

Naxçıvanda ümumrespublika olimpiadasının zona turniri başa çatıb

Naxçıvanda ümumrespublika olimpiadasının zona turniri başa çatıb


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR