SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda sosial ev fırıldaqçıları MƏHKƏMƏ QARŞISINDA

4-05-2018, 14:07 | Oxunub: 9 065 |

Bakıda sosial ev fırıldaqçıları MƏHKƏMƏ QARŞISINDA
Bakıda vətəndaşlara sosial evlər satacaqlarını vəd edərək dələduzluq etməkdə təqsirləndirilən Məhəmməd Qafarov, Leyla İsmayova, Ülviyyə Abdalova və Daxili İşlər Nazirliyinin sabiq polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayevin cinayət işi üzrə məhkəmə başlayıb.

Emtv.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə zərərçəkmiş Toğrul Səfərov ifadə verib.


O bildirib ki, təqsirləndirilən şəxslərdən Məhəmməd Qafarovun oğlu Samir ilə dost olub: “Samirlə görüşəndə eşitdim ki, atası sosial evlər paylayır. Ev almaq üçün Məhəmməd Qafarova müraciət elədim. Dedi köməklik edəcək. Onunla birlikdə "ASAN xidmətə getdik. Dedilər ki, ödəniş edilməliyik. Məhəmməd müəllimin yanında olan iki xanımla getmişdik. Mən 10 min manatı Məhəmməd Qafarova vermişəm. Sonra ofisdən gəlib sənədləri aldım”.

Zərərçəkən qeyd edib ki, daha sonra pulunu ala bilib: “Bu söhbətlər çıxandan sonra dostum Samir gətirib pulumu qaytardı. Şikayət və tələbim yoxdur".



Şahid İradə Məmmədova bildirib ki, Məhəmməd Qafarovla dost olub: "Uzun illər dost olmuşuq. Onun ofisinə gedirdim. Hərdən işlərinə də kömək edirdim. Ofisdə torpaq, ev alqı-satqısı həyata keçirilirdi. Mən sosial evlərin satılmasında iştirak etməmişəm, amma xəbərim olub. Sosial ev almaq üçün müraciət edən şəxslərin ödədiyi puldan 1800 manat təqsirləndirilən şəxslərdən Leyla İsmayılova və Ülviyyə Abdalova götürərək ASAN Xidmətə aparmışıq. Orada ödəniş edirdilər. Bunları bilirdim. Heç bir sənəd görməmişəm. Satılan evlərin, edilən ödənişlərin qəbzlərini görməmişəm. Amma bilirdim ki, Məhəmməd müəllim onlara maşın verirdi gedirdilər".



Məhkəmə mayın 11-də davam edəcək.



Qeyd edək ki, təqsirləndirilən şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə ediblər.




Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluğu dələduzluq hadisəsi ilə bağlı birgə məlumat yayıb.




Məlumatda bildirilir ki, Axərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan mütərəqqi islahatların tərkib hissəsi kimi son illər əhalinin mənzilə olan ehtiyacının ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülməkdədir.



Lakin buna baxmayaraq, öz şəxsi mənafelərini güdmək məqsədilə dövlətin iqtisadi-maliyyə münasibətlərinə, əhalinin sosial müdafiəsinin həyata keçirilməsi sahəsində siyasətinin nüfuzuna xələl gətirən, vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədən bəzi iş adamlarının qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.




Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyitərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.



Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq vətəndaşların etibarından sui-istifafə edərək onlara ev satacaqlarını vəd ediblər.



Cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.



E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.



Qeyd edək ki, təqdirləndirilən şəxslərin hər biri ev dustaqlığındadır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR